“Ürəyimdə çox şey var, amma bu gün seçki günüdür”backend

“Ürəyimdə çox şey var, amma bu gün seçki günüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Millət İttifaqı”nın sədr müavini və İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu da səs verib.

“Qafqazinfo” “Cümhuriyet”ə istinadən xəbər verir ki, İmamoğlu ilə yanaşı həyat yoldaşı Dilek İmamoğlu da səsvermədə iştirak edib.

“Məmləkətimizin bir-birini anlamağa, dinləməyə ehtiyacı var. Ürəyimdə çox şey var, amma bu gün seçki günüdür. Hər şey çox gözəl olacaq”, – deyə İmamoğlu səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, seçkinin nəticələrini Ankarada izləyəcək.