Ürəyindən yaralanmış qazimizdən xəbər varbackend

Ürəyindən yaralanmış qazimizdən xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2-ci Qarabağ müharibəsində yaralanan Elçin Səmədov hələ ki əməliyyat olunmayıb.

Editor.az xəbər verir ki, bu barədə Trend-ə qazinin özü məlumat verib.

Elçin Səmədovun sözlərinə görə, o hələlik Bakıda hospitaldadır:

“Vəziyyətim yaxşıdır, Bakıda xəstəxanadayam. Əməliyyat olunmamışam, həkimlər bu barədə hələlik heç nə demirlər. Özüm də gözləyirəm”.

Xatırladaq ki, Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanıb.