Ursula fon der Leyen: Biz Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə sürükləyəcək sanksiyalar tətbiq edirikbackend

Ursula fon der Leyen: Biz Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə sürükləyəcək sanksiyalar tətbiq edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiya Federasiyasına qarşı sanksiyaların məqsədini açıqlayıb.

Editor.az bildirir ki, bu barədə o, yanvarın 17-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib: “Biz Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə sürükləyən və sənayesinin müasir və kritik texnologiyalardan məhrum olan Rusiya Federasiyasına qarşı ən güclü sanksiyaları tətbiq edirik”.

Avropa Komissiyasının rəhbəri Rusiyanın təcavüzkar müharibəsinin cəzasız qalmayacağına və Qərbdən “Ukraynaya sarsılmaz dəstəyin” zəifləməyəcəyinə əmin edib: “Son bir il ərzində ölkəniz dünyanı tamamilə dəyişdi və Avropanı ruhlandırdı.

Sizi əmin edə bilərəm ki, Avropa həmişə sizinlə olacaq” – fon der Leyen deyib.

//Samir Qurbanov,Editor.az