Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə işgüzar səfərə gəlib.
Xanım fon der Leyen Kiyevdəki görüşlərdə Ukraynanın qışa hazırlığını müzakirə etməyi planlaşdırır. “Mən bura Avropa dəstəyini müzakirə etmək üçün gəlmişəm. Qışa hazırlıqdan müdafiəyə, üzvlükdən (Aİ-yə) G7 kreditləri üzrə irəliləyişlərə qədər”, – AK rəhbəri X sosial şəbəkəsində yazıb.
Bir gün əvvəl xanım fon der Leyen bildirmişdi ki, Avropa İttifaqı Ukraynaya enerji tələbatının 15%-ni istehsal etmək üçün gələn qışa qədər enerji obyektlərinin bərpasına kömək etmək niyyətindədir.
Ümumilikdə, AK rəhbərinin sözlərinə görə, assosiasiya itirilmiş gücün 9 GVt-dan təxminən 4,5 QVt enerji ilə təmin etməyi planlaşdırır. Qarşıdan gələn istilik mövsümü üçün AK Ukraynaya enerji obyektlərinin bərpası üçün 160 milyon avro ayıracaq ki, bunun da 100 milyon avrosu Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən təmin ediləcək.
//Samir Qurbanov, Editor.az