Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Avropa Parlamentinin sessiyasındakı çıxışı iclas zalının audio sistemi vasitəsilə yayımlanan it hürməsi ilə başa çatıb.
Editor.az xəbər verir ki, zalda it hürüşməsi eşidilməzdən əvvəl xanım fon der Leyen deyib: “Gəlin öz vətəndaşlarımıza göstərək ki, Avropa miqrasiyanı səmərəli və humanist şəkildə idarə edə bilər, gəlin Avropa birləşdikdə və başını dik tutanda onun gücünü bir daha nümayiş etdirək.
Yaşasın Avropa!” Avropa Parlamentinin rəhbəri Roberta Metsola hadisəni binada xidməti itlərin olması ilə izah edib. Avropa Parlamentinin iclası İspaniyanın Avropa İttifaqı Şurasına sədrliyinin icmalına həsr olunub.
//Samir Qurbanov, Editor.az

