“Azərbaycan bərpa olunan enerji sahəsində çox böyük potensiala malikdir”.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.
“Bu gün biz bu sahədə yeni tərəfdaşlığın əsasını qoyuruq və bütün qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmağı öhdəmizə götürürük”, – Avropa Komissiyasının rəhbəri vurğulayıb.

