Uruqvay prezidentinin mühafizə rəisi ruslara pasport satdığına görə həbs edilibbackend

Uruqvay prezidentinin mühafizə rəisi ruslara pasport satdığına görə həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uruqvay polisi Uruqvay prezidentinin mühafizəsinin rəisini qanunsuz olaraq yüzlərlə Rusiya vətəndaşına ölkə pasportlarının verilməsini təşkil etməkdə ittiham edərək həbs edib.

Editor.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb. Prokuror Qabriella Fosattinin sözlərinə görə, o, saxta doğum şəhadətnamələri hazırlayan cinayətkar qrupda iştirakda şübhəli bilinən prezident mühafizəsinin rəisi Alejandro Astesianonun hərəkətlərini araşdırır. Ruslar bu saxta sənədlərin köməyi ilə Uruqvay pasportları və Uruqvay şəxsiyyət vəsiqələrini əldə ediblər.

Astesianonun öz hökumət əlaqələri vasitəsilə saxta doğum şəhadətnamələrinin işlənməsini asanlaşdırdığı deyilir. Onun xidmətlərindən kimin istifadə etdiyi, bu qrupun nə qədər fəaliyyət göstərdiyi barədə məlumat verilmir. Prokurorun sözlərinə görə, söhbət Uruqvay pasportu almış onlarla, yüzlərlə insandan gedir. Uruqvay prezidenti Lacalle Pou bu işə münasibət bildirib və uzun illərdir tanıdığı və tam etibar etdiyi bir insana qarşı irəli sürülən ittihamlardan “son dərəcə təəccübləndiyini” bildirib. O, istintaqın işinə qarışmayacağına zəmanət verib. Yerli mətbuatın yazdığına görə, prezident mühafizəsinin rəisi əvvəllər də dələduzluq, korrupsiya və oğurluqla bağlı araşdırmaların obyekti olub.

  //Samir,Editor.az