Söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Step one” uşaq bağçasından gedir.
Editor.az xəbər verir ki, adının açıqlanmasını istəməyən valideyn Bakues.az-ın “Qaynar Xətti”nə bildirib ki, sözügedən bağçada uşaqlara qarşı fiziki zorakılıq göstərən tərbiyəçi yenidən işə qaytarılıb.
Belə ki, uşağı cəzalandırmaq məqsədilə onun ayağının üzərinə çıxan tərbiyəçi valideynin şikayəti əsasında işdən uzaqlaşdırılmışdı. Lakin bir müddət öncə uşaqlara qarşı zorakılığa yol verən tərbiyəçi yenidən öz işinə qaytarılıb.