Uşaq evi “Qrad” tipli reaktiv raketlərdən atəşə tutuldubackend

Uşaq evi “Qrad” tipli reaktiv raketlərdən atəşə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Kiyev vilayətinin Vorzel şəhərindəki uşaq evini Qrad tipli reaktiv raketlərdən atəşə tutub.

Editor.az Golos.ua istinadən xəbər verir ki Bu barədə baş prokuror İrina Venediktova özqnün “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, “hərbi əməliyyatlar zamanı Rusiya ordusun bölmələri Kiyev vilayətinin Vorzel şəhərindəki 50 nəfərlik Uşaq evini “Qrad” tipli reaktiv raketlərdən atəşə tutub.

Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb, çünki həmin vaxt uşaqlar və uşaq evinin əməkdaşları başqa binalarda olublar. Buna baxmayaraq uşaq evinin tavanı dağılıb və dağıntılar döşəməyə tökülüb.

Uşaq evində bomba sığınacaqları olmadığından, təxliyə tədbirləri həyata keçirilir.

Xatırladaq ki, Vorzelə hücum zamanı yaxınlıqdakı Qavrilovka kəndi də rus ordusunun atəşinə məruz qalıb.

//Gülnarə Abasova, Editor.az