Uşaq və yeniyetmələrdə rast gəlinən davranış pozuntusu ƏLAMƏTLƏRİ: Psixoloqdan ŞƏRHbackend

Uşaq və yeniyetmələrdə rast gəlinən davranış pozuntusu ƏLAMƏTLƏRİ: Psixoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaq və yeniyetmələrdə rast gəlinən davranış pozuntusu fərdin davamlı olaraq öz davranışlarını planlaşdıra və idarə edə bilməməsi kimi adlandırılır. Bu pozuntu ən çox uşaqlıq və yeniyetməlik dövründə baş verir”.

Bu fikirləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq uşaq və yeniyetmələrdə rast gəlinən davranış pozuntusunun əlamətlərinə diqqət çəkib:

“Qıcıqlanma, əsəbi davranışlar, aqressivlik, dağıtmaq, vurmaq, sındırmaq, çaşqınlıq, qısqanclıq, insanlarla üz-üzə ünsiyyət qurmaqda çətinlik, yalan danışmaq, narahatlıq və problem yaratmaq, ünsiyyət qura bilməmək, diqqət dağınıqlığı, qəzəbli olmaq, dırnaq yemək, barmaq əmmək,
valideynlər və dostlarla tez-tez mübahisələr, başqalarının əşyalarını icazəsiz götürmək, ağlamaq, istəmədiyi bir vəziyyətlə qarşılaşdığı zaman özünüzü yerə atmaq, baş, göz, çiyin tikləri və həddindən artıq qısqanclıq, tənqidə müqavimət, məktəbdən yayınma, məktəb qorxuları, məktəb həyatını və dərslərini sevməmək, məktəb əşyaları məhv etmək, tez-tez şikayət etmək və şikayətlərini əsaslandırmaq, tez-tez somatik şikayətlərdir. Bəzən həddindən artıq aktiv olmaq, bəzən həddindən artıq sakit olmaq, tapşırığı tamamlaya bilməmək, tək olmaq arzusu, digər uşaqlar tərəfindən təcrid olunmaq, oyun qruplarına alınmamaq da davranış pozuntusunun əlamətlərinə daxildir. Davranış pozuntusu diaqnozunun müalicəsində uşaq və ya yeniyetmənin valideynləri ilə işləmək şərtdir. Diaqnoz isə psixiatr tərəfindən qoyulur, terapiyası psixoloq tərəfindən aparılır”.

//Gülnarə Abasova, Editor.az