“Uşaqlar öyrənməyə kiçik yaşlarda daha çox həvəs göstərirlər” -Psixoloqdan AÇIQLAMAbackend

“Uşaqlar öyrənməyə kiçik yaşlarda daha çox həvəs göstərirlər -Psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaqlarda öyrənmə həvəsi müəyyən yaşlardan sonra dəyişir”.

Bu sözləri Editor.az-a uşaqlarda öyrənmə həvəsini artırmaqla bağlı danışarkən psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, uşaqlar öyrənməyə kiçik yaşlarda daha çox həvəs göstərirlər:

“İbtidai siniflərdə isə bu həvəs artıq körtəlir. Buna görə də uşaqlarda öyrənməyə həvəsin olması üçün sistematiklik olmalıdır. Eyni zamanda, evdə də uşaqlar üçün motivasiya verən mühit yaradılmalıdır. Yəni uşaqlar valideynlərinin və ya özlərindən böyük bacı-qardaşlarının kitab oxumasını gördükdə oxumağa, öyrənməyə daha da həvəslənəcəklər. Uşaqların digər uşaqlarla müqayisə olunması da onları həvəsdən salır. Bundan başqa fiziki yorğunluq, psixoloji gərginlik də uşaqları həvəsdən salan amillərdəndir.

Həvəsdən düşməmələri üçün valideynləri onları heç kimlə müqayisə etməməli, periodik olaraq həkim müayinəsinə aparmalıdırlar”.

//Səbinə Hüseynli, Editor.az