Uşaqlarda aşkarlanan “sirli hepatit” virusunun səbəbi ARAŞDIRILIRbackend

Uşaqlarda aşkarlanan “sirli hepatit” virusunun səbəbi ARAŞDIRILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər bir çox ölkədə bəzi azyaşlı uşaqlarda ortaya çıxan sirli hepatitə cəmiyyətdə yayılmış virus növü olan adenovirusun səbəb ola biləcəyini açıqlanıb. Bu günə kimi 169 yoluxma faktı aşkarlanıb, bir uşaq ölüb. İngiltərədə 114 xəstə uşaqdan 10-nun qaraciyər transplantasiyasına ehtiyacı var. Britaniya Sağlamlıq Təhlükəsizliyi Təşkilatı adenovirusun” F41″ ştamının bu xəstəlikdə əsas şübhəli olduğunu açıqlayıb.

Xəstəliyi olan uşaqların əksəriyyəti beş yaşından kiçikdir. Uşaqlarda simptomlar arasında ishal, ürəkbulanma və dərinin saralması var.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyindən Dr. Meera Chand digər mümkün səbəbləri araşdırmağa davam etdiklərini söyləyib. Mütəxəssislər bildirirlər ki, bu virusa yoluxan uşaqların əksəriyyətində ciddi bir xəstəlik yoxdur, lakin çox cüzi bir hissədə hepatit kimi tanınan qaraciyər iltihabı baş verir.

Digər mümkün səbəb odur ki, azyaşlı uşaqlar pandemiya tədbirləri ilə daha gec yaşda bu virusa məruz qalır və buna görə də fərqli simptomlar ortaya çıxır.

Liverpul Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Calum Semple isə bildirib ki, “Covid-19” pandemiyası zamanı tətbiq edilən tədbirlərlə Adenorivus demək olar ki, tamamilə yox olmuşdu, lakin yeni dalğa ilə geri döndü. İngiltərədə təsdiqlənmiş halların heç birində uşaqlara koronavirusa qarşı peyvənd vurulmayıb. Mütəxəssislər simptomları olan uşaqların 48 saat məktəbə göndərilməməsi lazım olduğunu, əl yuma kimi gigiyena tədbirlərinin virusların yayılmasını azaldacağını vurğulayırlar.

//Gülnarə Abasova, Editor.az