Uşaqların 3 yaş sindromu dövrü: Valideynlər nə etməlidir?- Psixoloqdan AÇIQLAMAbackend

Uşaqların 3 yaş sindromu dövrü: Valideynlər nə etməlidir?- Psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Valideynlərin ən çox çətinlik yaşadığı dönəm uşağın 2 və 3 yaş sindromu dövrüdür. Uşaqlar bu dönəmdə daha çox öyrənməyə başlayır. Bu səbəbdən ona daha çox diqqət ayrılmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq azyaşlıların 3 yaş sindromu əlamətlərinə diqqət çəkib:

“Bu yaşda uşaqların daha aqressiv olması, eyni sualı dəfələrlə təkrarlaması və yüksək en nümayişinə rast gəlinir. Yeməkləri özü seçmək istəyir, oyuncaqlarını paylaşmaq istəmir, hətta vurma davranışı göstərə bilirlər. Yuxu problemi, gecələr tez-tez oyanma halları müşahidə edilir. İnadkar davranış, anidən qışqıraraq özünü yerə çırpmaq və uzun müddət ağlamaq halları da baş verir. Eyni zamanda, hər şeyi özünün etmək istəyi nümayiş olunur.

Belə hallarda valideynlər nə etməlidir? Ana və ata uşağın bu davranışının müqabilində səbrlə davranmalıdır. Uşağın boy səviyyəsinə enərək sakit formada göz təması qurmalı, dialoqa girməlidir. Valideynlər uşaqların ünvanladığı sualları düzgün cavablandırmalıdır. Əgər kiçik yaşlarında uşaqların suallarına laqeyd yanaşsaq, böyüdükdən sonra valideynlərlə yetkin təmasdan qaça və böyük mövzuları müzakirə etmək istəməzlər. Övladı qucaqlamaq ən önəmli terapiya növüdür. Davranış cədvəli valideynlər üçün qaçılmazdır. Hamımızın sevgiyə ehtiyacı var. Uşaqların isə daha çox..”.

//Gülnarə Abasova, Editor.az