“Uşaqların müharibə dönəmində psixoloji zərbə almasına imkan verməməliyik”- PSİXOLOQDAN AÇIQLAMAbackend

“Uşaqların müharibə dönəmində psixoloji zərbə almasına imkan verməməliyik”- PSİXOLOQDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə kütləvi travmadır. Bunun ağır dağıdıcı nəticələri uzun illərdir ki, müşahidə olunur. Bu dağıntılar təkcə vizual olmur, gözlə görə bilmədiyimiz mənəvi dağıntılar ən ağır və çətin bərpa edilən, bəzən isə bərpa edilə bilməyən dağıntılardır”.

Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq bildirib ki, böyüklərin daha güclü psixologiyaya sahib olduğunu nəzərə aldıqda uşaqların müharibə dönəmində psixoloji zərbə almasına imkan verməmək onların üzərinə düşür:

“Bəzi valideynlər vətənpərvərlik hissini uşaqlara aşılamaq üçün bu dönəmlərdə onlara daha çox məlumat verməyə, düşmənə nifrət, vətənə sevgi yaratmağa çalışır. Lakin bu, doğru yol deyil. Nə olduğunu tam dərk etməyən uşaqlara ölüm və qələbə xəbərlərini eyni anda verdikdə bu onlarda vətənə sevgidən daha çox, dərin duyğu boşluğu yarada bilər. Beyinlərində yaranan suallara cavab axtardıqda, kütləvi informasiya vasitələrində gördükləri məlumatlarla sarsıldıqda bu onlarda dərin psixoloji travma yarada bilər. Bu səbəblə mümkün qədər xəbərlərdən uzaq tutmalı, hələ ölümün tam anlamını dərk etməyən uşaqlara böyüklərin belə çətin qaldırdığı bir yükü yükləməməliyik”.

//Gülnarə Abasova, Editor.az