Uşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR – FOTObackend

Uşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da valideynləri boşandıqdan sonra uşaqlıqdan ayrı düşən bacılar 31 yaşlı Brittani Biqli və 29 yaşlı Amanda Staylz 25 il sonra bir-birini tapıblar.

Editor.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Belə ki, fərqli atalardan dünyaya gələn bir ananın qızları yaranan problemlərə görə onları müvəqqəti himayəyə götürən ailənin yanında qalmalı olublar.

Lakin Brittaninin atası tez bir zamanda onu taparaq aparıb. Amandanı isə evində qaldığı ailə övladlığa götürüb və uşağın adını dəyişib. O vaxtdan bacılar arasında əlaqə qırılıb.

“Uşaqlıqdan bilirdim ki, bir bacım var. Ondan mənə uşaqlıq şəkillərimiz və dumanlı xatirələr qalmışdı”, – deyə Biqli danışıb.

Biglinin 23 yaşı olanda xalası bacısının övladlığa götürülməsi haqqında sənədləri əldə edə bilib, lakin qızın özünü tapmaq mümkün olmayıb.

O zaman Biqli sosial şəbəkədə öz hekayəsini anlatdığı video yerləşdirib. Bundan sonra atasının qəyyumluq sistemində işləyən tanışı qızla əlaqə saxlayaraq onlara yardım etməyə başlayıb.

Nəhayət, 2016-cı onlar Amandanı tapa biliblər.

“Onu “Facebook”da tapıb ilk şəklini gördükdə donub qaldım: onun mənimki kimi taxma kiprikləri var idi, burnu mənim burnuma oxşayırdı və eyni mənim kimi makiyaj etmişdi”, – deyə Biqli xatırlayır.

Bacısının ona yazdığını görən Amanda şok keçirib. O, ümidini çoxdan itirmiş olduğunu etiraf edib.

Həmin gündən bacılar hər gün danışıblar, lakin yalnız bir il sonra görüşə biliblər.

“Sanki bu 25 illik ayrılıq heç olmayıb. Biz dərhal dil tapdıq və o zamandan daim bir-birimizin həyatındayıq”, – deyə Biqli danışıb.

Uşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR - FOTOUşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR - FOTOUşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR - FOTOUşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR - FOTOUşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR - FOTOUşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR - FOTOUşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR - FOTOUşaqlıqda ayrılan bacılar 25 il sonra GÖRÜŞDÜLƏR - FOTO