Uşaqpulu ilkin olaraq bu ailələr üçün bərpa oluna bilər — AÇIQLAMAbackend

Uşaqpulu ilkin olaraq bu ailələr üçün bərpa oluna bilər — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün əsas müzakirə olunan məsələlərdən biri də uşaqpulunun bərpasıdır. Bununla bağlı Azərbaycan parlamentində də deputatlar fikirlərini bildiriblər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında uşaqpulu məsələsi yenə müzakirə predmeti olub. İlkin olaraq hansı ailələr üçün uşaqpulu bərpa oluna bilər?

KONKRET.az-ın bu sualını cavablandıran deputat Aydın Hüseynov bildirib ki, uşaqpulunun bərpası cəmiyyətdə müzakirə olunur:

“Yay aylarında deputatlar seçicilərlə sıx münasibətdə oldular. Hər görüşdə uşaqpulu məsələsini qaldırırdılar. Bilirsiniz ki, ünvanlı sosial proqram fəaliyyət göstərir. Zənnimcə, aztəminatlı ailələrə uşaqpulu verilməlidir. Yəni ailə büdcələri müəyyən göstəricilərdən aşağı olan şəxslərə bu pulun verilməsi üçün dövlət proqramının ortaya qoyulmasını reallaşdırmaq olar”.

Deputat Fazil Mustafa söyləyib ki, dövlət tərəfindən əlil uşaqlara müavinət verilir: “Bu gün isə əsas məsələ uşaqpulunun hər kəsə şamil edilməsidir:

“Hələlik bu, müzakirə olunur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da bütün detalallarına kimi danışıldı. Məsələ araşdırıldıqdan sonra bu barədə məlumat veriləcək”.