USQ Rusiyanın “Solntsepek” çoxfunksiyalı sistemini məhv edibbackend

USQ Rusiyanın “Solntsepek” çoxfunksiyalı sistemini məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın cənubundakı müdafiə qüvvələri Rusiyanın “Solntsepek” sistemini məhv edib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat mərkəzi yanvarın 9-da Telegram-da məlumat yayıb.

“73-cü Dəniz Xüsusi Hərəkat Mərkəzinin PUA-nın ekipajı cənub istiqamətində kəşfiyyat apararkən ağacların altında kamuflyaj edilmiş “Solntsepek” ağır alov qurğusunu (TOS-1A) aşkarlayıb. Bu sistem yüngül zirehli texnikanın, canlı qüvvənin məhv edilməsi, eləcə də düşmənin istehkamlarının dağıdılması üçün istifadə olunur.

“Solntsepek”dən atəş, çəkisi 200 kq-dan çox olan idarə olunmayan 220 mm kalibrli raketlərlə həyata keçirilir. “MTR operatorları ağır alov qurğusunun koordinatlarını müəyyən edərək, müdafiə qüvvələrinin raket və artilleriya bölməsindən HIMARS atəşini ona yönəldiblər. Atəş nəticəsində “Solntsepek” yerlə-yeksan olub – MTR qeyd edib.

//Samir Qurbanov, Editor.az