ÜST: Bu qış Ukraynada milyonlarla insanın həyatı təhlükədədirbackend

ÜST: Bu qış Ukraynada milyonlarla insanın həyatı təhlükədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu qış Ukraynada milyonlarla insanın həyatının təhlükə altında olacağını bildirib.

Editor.az “BBC”yə istinadən xəbər verir ki,
Ümumdünya Səhiyyə Təşkilatının Avropa direktoru Hans Kluge bildirib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəf alan hücumlarından sonra milyonlarla insanın enerjisiz qalıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzünün başladığı 24 fevraldan bəri Ukraynada səhiyyə infrastrukturuna 703 hücumu sənədləşdirib. Səhiyyə sisteminin enerjiyə ehtiyacı olduğunu vurğulayan ÜST, təxminən üç milyon insanın istiliyə və təhlükəsizliyə çatmaq üçün evlərini tərk etməli ola biləcəyini də qeyd edib.

//Gülnarə Abasova, Editor.az