ÜST “Delta” ştammı ilə mübarizə üçün 7.7 milyard dollar istədibackend

ÜST “Delta” ştammı ilə mübarizə üçün 7.7 milyard dollar istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyətini koronavirusa, xüsusilə də onun “Delta” ştammına qarşı mübarizə üçün 7.7 milyard dollar ayırmağa çağırıb.

Bu barədə təşkilatın Cenevrədə yerləşən baş ofisindən yayılan press-relizdə bildirilib.

Sözügedən vəsaitin COVID-19 yoxlamalarının genişləndirilməsi, epidemioloji monitorinqin təkmilləşdirilməsi, xəstəxanaların oksigenlə, həmçinin lazımi qoruyucu vasitələrlə təminatı üçün xərclənəcəyi qeyd edilib.