ÜST-dən COVID-19-la bağlı AÇIQLAMA: “İnsan ömrü azalıb”backend

ÜST-dən COVID-19-la bağlı AÇIQLAMA: “İnsan ömrü azalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 epidemiyası nəticəsində dünyada gözlənilən orta ömür uzunluğunun təxminən iki il azaldığını açıqlayıb.

Bu barədə ÜST-nin saytında açıqlama verilib.

Bildirilib ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbindən dünya üzrə orta ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.

“COVID-19 epidemiyası cəmi iki il ərzində gözlənilən orta ömür uzunluğundakı 10 illik artımı əks istiqamətə çevirdi”, – deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mövzu ilə bağlı qeyd edib.

Qebreyesus həmçinin gələcək nəsillərin qorunması üçün ölkələrin qlobal epidemiya sazişi ilə bağlı razılığa gəlmələrinin zəruriliyini vurğulayıb.

Oxu.az