ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏRbackend

ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxanların sayı dünyada 8-dən 15 fevraladək əvvəlki həftəyə nisbətən 16 faiz, ölüm halları isə 10 faiz azalıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində bildirilib.

Məlumata əsasən, son həftə ərzində 2 726 974 nəfər koronavirusa yoluxdu (bundan əvvəlki həftəyə nisbətən 16 faiz az) və 81 340 ölüm halı (10 faiz az) qeydə alınıb.

15 fevral tarixi üçün dünyada 108 246 992 yoluxma və 2 386 717 xəstə ölümü faktı qeydə alınıb.