Dərmanlara qarşı müqaviməti və mövcud diaqnostik vasitələrin qeyri-kafi olması səbəbindən insanlıq tezliklə göbələk infeksiyalarına qarşı müdafiəsiz qala bilər.
Editor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu cür infeksiyalar problemi ilə bağlı iki hesabatında ifadə olunub.
Analitiklərin fikrincə, mikozlara tez-tez ağır xəstələrdə rast gəlinir. Eyni zamanda, infeksiyanın tibbi dərmanlara qarşı müqaviməti və bədənlərinin zəifliyi belə xəstələrin müalicəsinə mənfi təsir göstərir. Bu çərçivədə, “kritik prioritet qrup” olaraq adlandırılan kriptokok, aspergillus və candida səbəb olduğu göbələk infeksiyaları nəticəsində yaranan ölümcül nəticələrin nisbətinin yüzdə 88-ə qədər ola biləcəyi bildirilir.
Ötən gün ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus yeni pandemiya ilə bağlı ehtimalların risk deyil, epidemioloji əminlik olduğunu söyləyib. Təşkilat rəhbəri əmindir ki, bu baş verəcək və bəşəriyyət buna hazır olmalıdır.
//Gülnarə Abasova, Editor.az