ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıbbackend

ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 280 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 280 853 nəfər yeni koronavirusa yoluxub, 6 884 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 111 419 939, ölənlərin isə 2 470 772 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

//Trend