ÜST: Dünyada ötən sutka koronavirusa 349 mindən çox yoluxma qeydə alınıbbackend

ÜST: Dünyada ötən sutka koronavirusa 349 mindən çox yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 349 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 349 263 nəfər yeni koronavirusa yoluxub, 9 423 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 102 942 987, ölənlərin isə 2 232 233 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

//Trend