ÜST: Dünyada ötən sutka koronavirusa 363 mindən çox yoluxma qeydə alınıbackend

ÜST: Dünyada ötən sutka koronavirusa 363 mindən çox yoluxma qeydə alını

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 363 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 363 654 nəfər yeni koronavirusa yoluxub, 9 619 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 109 594 835, ölənlərin isə 2 424 060 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

//Trend