ÜST: Dünyada ötən sutka koronavirusa 421 mindən çox yoluxma qeydə alınıbbackend

ÜST: Dünyada ötən sutka koronavirusa 421 mindən çox yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 421 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 421 407 nəfər yeni koronavirusa yoluxub, 10 508 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 112 209 815, ölənlərin isə 2 490 776 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 27 955 338 nəfər. Siyahıda daha sonra Hindistan (11 046 914), Braziliya (10 257 875), Rusiya (4 212 100), Böyük Britaniya (4 144 581), Fransa (3 597 495), İspaniya (3 170 644), İtaliya (2 848 564), Türkiyə (2 665 194), Almaniya (2 414 687), Kolumbiya (2 233 589) və Argentina (2 080 824) gəlir.

//Trend

Loading...