ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıbbackend

ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada son sutkada yeni növ koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb.

Editor.az-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 423 819 nəfər yeni koronavirusa yoluxub, 6 424 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 41 104 946, ölənlərin isə 1 128 325 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!