Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı üç yeni preparatın sınaqlarına başlayıb.
Editor.az xəbər verir ki, bu barədə ÜST-ün bəyanatında deyilir.
Qeyd olunur ki, hazırda xəstəxanalarda müalicə olunan xəstələr üzərində artesunat, imatinib və infliksimab preparatları sınaqdan keçirilir.
ÜST-ün məlumatına əsasən, sınaqlarda 52 ölkədən minə yaxın könüllü iştirak edir.
Həmin preparatlar istehsalçılar tərəfindən təqdim olunub.

