ÜST rəhbərindən çağırışbackend

ÜST rəhbərindən çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus yüksək gəliri olan ölkələri koronavirus peyvəndlərinin bir hissəsini COVAX mexanizminə bağışlamağa çağırıb.

Bu çağırışı ÜST-nin Baş direktoru onlayn tədbirdə çıxışı zamanı edib.

A.Qebreyesus bildirib: “Dünyada COVID-19-a qarşı 210 milyon peyvənd edilib, lakin bunların yarısı yalnız iki ölkədə, digər yarısının isə 80 faizi 10 ölkədə istifadə edilib”. Onun sözlərinə görə, 200-dən artıq ölkə hələ bir doza belə peyvənd istifadə etməyib.

Baş direktor qeyd edib ki, aprelin 7-si Ümumdünya sağlamlıq gününün mövzusu “daha sağlam və ədalətli dünyanın quruluşu” olacaq: “Lakin bu mövzunun sadəcə şüar deyil, reallıq olması üçün zəngin ölkələrin və vaksin istehsalçılarının təcili hərəkətə keçməsi lazımdır”.

//Trend