Sabah dünyada yeni pandemiya başlaya bilər və onunla uğurla mübarizə aparmaq üçün dünya ölkələri müvafiq razılığa gəlməlidir.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
ÜST-nin baş direktoru qeyd edib ki, Covid-19 epidemiyası hazırda münaqişələr, geosiyasi və iqtisadi təlatümlərdən sonra arxa plandadır.
ÜST-nin Baş direktoru bütün ölkələri ÜST-nin Pandemiya Sazişinin finiş xəttinə çatması üçün daha da iştirak etməyə çağırıb. Qebreyesus vurğulayıb ki, ölkələr ayrıca hərəkət etsələr, qlobal sağlamlıq təhlükəsizliyini təmin edə bilməzlər.
Ümumdünya Səhiyyə Təşkilatının Rusiya ofisinin rəhbəri Batır Berdıklıçev bildirib ki, dünyada hər an pandemiya başlaya bilər.
//Gülnarə Abasova, Editor.az