ÜST Sudandakı qarşıdurmada ölənlərin sayının 604-ə yüksəldiyini açıqlayıbbackend

ÜST Sudandakı qarşıdurmada ölənlərin sayının 604-ə yüksəldiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurmada həyatını itirənlərin sayının 604-ə yüksəldiyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə BMT-nin Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Departamentinin rəhbəri Rolando Qomezin moderatorluğu ilə həftəlik mətbuat konfransında məlumat verilib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Jasareviç Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-dən bu yana davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə artdığını bildirib. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) sözçüsü Pol Dillon bildirib ki, Sudandakı qarşıdurma zamanı 700 min insan öz evindən didərgin düşüb. Dillon xatırladıb ki, bu rəqəm keçən həftə 340 min civarında olub.

//Gülnarə Abasova, Editor.az