ÜST-ün regional direktoru İlham Əliyevə təşəkkür edibbackend

ÜST-ün regional direktoru İlham Əliyevə təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoşulmama Hərəkatı çərçivəsində COVID-19 əleyhinə vaksinlərlə bağlı təşəbbüsünə, məhsuldar əməkdaşlığına görə Azərbaycan Prezidenti İlham Əliyevə ürəkdən təşəkkürümü bildirmək istəyirəm.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Henri Klüge deyib.

“Azərbaycan koronavirusla mübarizəyə qiymətli töhfə verib. Mən çox şadam ki, Azərbaycan 2030-cu il strategiyasına uyğun olaraq səhiyyə sektoruna böyük diqqət ayırır. Azərbaycanda gündəlik yoluxma sayı çevik reaksiya və yüksək səviyyədə peyvəndləmə prosesi sayəsində günbəgün azalmaqda davam edir”. – deyə o bildirib.

H.Klüge qeyd edib ki, ÜST nümayəndə heyəti tibb məntəqəsinin açılışı üçün Şamaxıya yola düşəcək.