Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?backend

Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı şəhərinə yağan bir günlük qar aidiyyatı dövlət qurumlarının məsuliyyətsizliyini və acizliyini bir daha ortaya qoydu. Eyni zamanda qardan sonra şəhərin yollarında yaranmış vəziyyət hər il dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərinin necə, hansı formada xərclənməsi məsələsini də aktuallaşdırdı. 
Daha bir acınacaqlı məqam isə aidiyyatı dövlət qurumlarının – Bakı şəhər İcra hakimiyyətinin və Bakı küçələrinin qardan, buzdan təmizlənməsinə birbaşa cavabdeh olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin, Sanitariya və Təmizlik İdarəsinin işçilərinin ortada görünməməsi idi. Dövlətin ayırdığı milyonlarla vəsaiti müxtəlif yollarla mənimsəyən, hər il alınmasına və saxlanmasına büdcədən milyonlar ayrılan bahalı texnikaları yoxa çıaran məmurlar rahat kreslolarında, evlərində olarkən sabitliyimizin təminatçısı, daim xalqının və dövlətinin yanında olan Azərbaycan polisi küçələrə duz səpirdi.
Bəs dövlətin qarlı, şaxtalı havalarda yollarda hərəkəti təmin etmək üçün ayırdığı min tonlarla texniki duz, çoxsaylı texnikalar hara yoxa çıxmışdı? Bu ayrılan pullar hansı məmurların hansı oyunlarının qurbanı olub?
AzFakt.com olaraq qeyd edək ki, ötən yazımızda bu məsələyə toxunmuşduq.
Bakıya yağan qarın təmizlənməsi, küçələrə texniki duzun səpilməsinə cavabdeh qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentidir. Departamentin tabeliyində olan Sanitariya və Texniki Təmizlik İdarəsinə yolların təmiz saxlanması üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.
Lakin bu vəsaitlər uzun illərdir Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehraliyev və onun komandası tərəfindən mənimsənilir. 
AzFakt
Rəfail Mehraliyev
Qeyd edək ki, Rəfail Mehraliyev rəhbərlik etdiyi qurumun ən “yağlı” təşkilatına Sanitariya və Texniki Təmizlik İdarəsinə öz qohumu, həmyerlisi Mübariz Hüseynovu təyin edib.
Bu qohumlar illərdir ki, əl-ələ verib büdcəni talamaqla – ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar.
 Açıklama yok.
Mübariz Hüseynov
Məlumata görə Departamentin və eləcə də Sanitariya və Texniki Təmizlik İdarəsi tenderlərini əsasən ölkədə “tender kralı” kimi ad çıxarmış Ramazan Mirzəyevin şirkətlərinə verir. 
Ramazan Mirzəyevə məxsus olan şirkətlər uzun illərdir Bakı şəhər İcra Hakimiyyətinin tenderlərində birmənalı olaraq qalib edilir.
Rəfail Mehralıyevlə yaxın dost və həm də şərik olan Ramazan Mirzəyevin tenderlərdə qalib etdirdiyi MMC-lər əsasən kasıb-kusubun, fəhlələrin adlarına rəsmiləşdirilir.
Lakin bəzi MMC-lər Ramazan Mirzəyevə yaxınlarının, qohumlarının, həmkəndlilərinin adlarına olur.
Açıklama yok.
Ramazan Mirzəyev
Belə təşkilatlardan biri də Sanitariya və Texniki Təmizlik İdarəsinin üst-üstə 4 milyon manatlıq tenderində qalib olan Fidan-TM şirkətidir. 
Fidan TM şirkəti 15 ildən artıqdır fəaliyyət göstərir.
Şirkət ancaq Rəfail Mehraliyevin rəhbərlik etdiyi Departamentdə olan müəssisələrlə tender yolu və ya birbaşa müqavilələrlə əməkdaşlıq edir.
Şirkət rəsmi olaraq Ramazan Mirzəyevin həmkəndlisi Ələsgər Hüseynovun adına olsa da faktiki olaraq Ramazan Mirzəyevin komandası tərəfindən idarə edilir.
Son olaraq Sanitariya və Təmizlik idarəsi Fidan Tm şirkətinə avtomaşınların təmiri və texnizi duzun alınması üçün yarım milyon manatdan artıq vəsait ayrılıb.
Hazırda Bakıya yağan qarın küçələrdən təmizlənməməsi və küçələrə duzun səpilməməsi isə ayrılan vəsaitin mənimsənildiyi barədə səslənən fikirlərin həqiqiliyini göstərir.
Yaranmış acınacaqlı vəziyyət barədə məlumat yayan medialardan biri – Qaynarinfo.az saytı isə dövlətin Bakı şəhər İcra Hakimiyyətinə ayırdığı vəsaitlə 2300 ton texniki duz alındığını qeyd edib. 
Qeyd edək ki, Bakıya yağan qardan sonra xeyli sayda sakin xəsarət alıb. TƏBİB-in açıqladığı məlumatda qarlı havada Bakı küçələrində yıxılaraq xəsarət alan insanlarının sayının 60-dan çox olduğu deyilir.