Uzun bir münasibət üçün ideal yaş fərqi nə qədər olmalıdır?- ARAŞDIRMAbackend

Uzun bir münasibət üçün ideal yaş fərqi nə qədər olmalıdır?- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni bir araşdırmaya görə, yaş fərqi cütlüklər arasındakı münasibətlərin davamlılığını müəyyən edə bilər. Araşdırmanın nəticələri 20 və ya daha çox yaş fərqi olan cütlüklərin 95 faizinin boşanma ehtimalının daha yüksək olduğunu ortaya çıxarıb.

“Sevgi kordur” desələr də, lakin Atlantadakı Emori Universitetinin apardığı araşdırmaya görə, yaş fərqi ilə sevgi münasibətlərinin müddəti arasında əlaqə var. 3000 adamın münasibətlərinin araşdırıldığı araşdırmada 5 yaş fərqi olan cütlüklərin eyni yaşdakı cütlüklərə nisbətən boşanma ehtimalının yüzdə 18 daha çox olduğu ortaya çıxıb. Eksponent olaraq artan bu nisbət, 10 yaş fərqi olan cütlüklərdə yüzdə 39, 20 yaş fərqi olanlarda isə yüzdə 95-dir.

Fransanın 45 yaşlı prezidenti Emmanuel Makronun 2017-ci ildə qalib gəldiyi seçkilərdə həyat yoldaşı Bricit Trogneux-un özündən 25 yaş böyük olması insanları şoka salıb. Trogneux indi 70 yaşındadır və mediada cütlüyün münasibətlərində heç bir anlaşılmazlıq görünmür. Həmin vaxt Le Parisien jurnalına danışan Fransa lideri, “Həyat yoldaşımdan 20 yaş böyük olsaydım, heç kim bizim münasibətimizi bir an belə şübhə altına almazdı. Ancaq həyat yoldaşım məndən 20 yaş böyük olduğu üçün bir çox insan buna qəribə baxır”,- demişdi.

//Gülnarə Abasova, Editor.az