Uzun illər İran rejiminin apardığı yanlış siyasət- “Etiraz aksiyaları səngimək bilmir”backend

Uzun illər İran rejiminin apardığı yanlış siyasət- “Etiraz aksiyaları səngimək bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir aydan çoxdur ki, İranda etiraz aksiyaları səngimək bilmir. Geniş vüsət almış bu çıxışlarda molla rejiminin dağılmasına, hakimiyyətin səmərəsizliyinə ünvanlanmış fikirlər səsləndirilir. Bununla yanaşı, Tehrandakı aksiyalara dünya ölkələri də dəstək verməyə başlayıb. Misal olaraq ABŞ prezidenti Co Baydenin bununla bağlı məlum açıqlamasını misal göstərə bilərik.

Bütün bu amillər Ayətullah rejiminin süqutuna və soydaşlarımızın milli dövlət yaratmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, uzun illər İran rejiminin apardığı yanlış siyasət Cənubi Azərbaycanda soydaşlarımızın hüquq və azadlığının pozulması ilə nəticələnib:

“40 milyona yaxın azərbaycanlının “Ana dili” hüququ ciddi şəkildə tapdalanır. İranda Azərbaycan dilində olan media resurslarında və dərslikərində ümumiyyətlə, Azərbaycan və Türkiyəni gözdən salma kampaniyası keçirilir.  Bütün bu hadisələr ciddi təlatümlərə gətirib çıxardır. Tarixin müxtəlif dövrlərində dəfələrlə azərbaycanlılar İranda insan haqlarının tanınmasına qarşı çıxaraq etirazlarını bildiriblər.Tarixi hadisələr fonunda azərbaycanlıların milli hüquqları ilə bağlı ayağa qalxması İran üçün ciddi problemlərə səbəb ola bilər.

Digər dövlətlər tərəfindən aksiyalara verilən dəstək göstərir ki, İran hazırda prosesləri idarə edə bilmir. Etirazçıların hansısa milli dövlət yaratmaq ehtimalının indiki beynəlxalq münasibətlər sistemində  qəbuledilməz olduğunu nəzərə aldıqda konkret fikir demək mümkün deyil. Gələcəkdə aksiyaların istiqamətinin necə olmasından asılı olmayaraq bütün ssenarilərin başvermə ehtimalı yüksək dəyərləndirilməlidir”.
 
//Safura Bənnayeva, Editor.az