“Üzünə gülüb oyunlar oynadılar, şərəfsizlər!” – Rəşad Dağlının oğlu danışdıbackend

“Üzünə gülüb oyunlar oynadılar, şərəfsizlər!” – Rəşad Dağlının oğlu danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gözəl atam, sənə paxıllıq edən yanında olan oldu, üzünə gülüb oyunlar oynadı. Allah övladlarından çəkdirsin”.

Yenisabah.az xəbər verir ki, hazırda məhbus həyatı yaşayan tanınmış meyxanaçı Rəşad Dağlının oğlu Yusif şəxsi instaqram səhifəsində növbəti dəfə paylaşım edib.

Yusif daha sonra yazıb:

“Mənə hər zaman öyrədirdin ki, kişi olan adam kişinin arxasınca danışmaz. Allahın ədaləti böyükdür. Ən yaxın zamanda maskalar töküləcək, buna inanıram.

Allahın ədalətinə qurban olum. Oyunu oynayanların maskası sınacaq. Siz də görəcəksiniz şərəfsizləri” deyə, paylaşımda bildirilib.

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.