Üzünü it parçalayan Hüseyn evə buraxıldıbackend

Üzünü it parçalayan Hüseyn evə buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 16-da Sulutəpədə üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişov artıq evə buraxılıb.

Editor.az xəbər verir ki, bu barədə oxu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

“Uşağın vəziyyəti yaxşıdır və artıq evə buraxılıb. Təyin olunan vaxtlarda o, xəstəxanaya gələcək və peyvənd vurulacaq”, – nazirlikdən qeyd edilib.

Qeyd edək ki, azyaşlı qonşunun uşağı ilə oynayan zaman sahibsiz it qəfil uşağa hücum edib və onun üzünü parçalayıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

İt quduz olduğu üçün uşağın üzünü parçalaladıqdan üç gün sonra ölüb