Vətəni bir qamburgerə, bir bakal alman pivəsinə satanlar: Onlara dəstək verən hansı harın məmurlardır?backend

Vətəni bir qamburgerə, bir bakal alman pivəsinə satanlar: Onlara dəstək verən hansı harın məmurlardır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adlarını “blogger” qoyub, Avropada qeybətlə, şantaj və böhtanla pul qazanmaq sevdasına düşən adamlar yenə gündəmdədirlər. Bu dəfə də adəti üzrə öz aralarında “satqın”, “xəyanətkar” axtarışına çıxıblar… Əslində bu cür adamlar həmişə və hər yerdə olublar. Halal zəhmətlə yaşamağa uyğunlaşa bilməyən bu adamlar çox təhlükəlidirlər və onlar üçün “Vətən”, “Millət” və “Dövlət” anlayışları demək olar ki, mövcud deyil. Əvəzində, yeri gəldiyində bu ali dəyərləri bir qamburgerə, bir bakal alman pivəsinə və hətta deyərdim ki, bir “malodes”ə də satarlar. Bu səbəbdən onları heç bir halda nə bloger, nə dissident, nə siyasi mühacir, nə də ayrı cür adlandırmaq olmaz. Hərçənd ki, Avropaya məhz bu adlarla – hansısa səviyyələrdə əldə etdikləri saxta “spravka”larla gediblər.

Son günlər sosial medianın radikal seqmenti belə adamlardan ikisi – Tural Sadıqlı və Əfqan Muxtarlının bir-birinin ünvanına səsləndirdiyi ittihamlarla silkələnir. Həmin yazılardakı iddialardan aydın olur ki, illərdir Azərbaycan rəhbərliyi, ayrı-ayrı məmurlar haqqında sifarişli yazılar, şantaj xarakterli materiallar yayan bu adamlara-bu situatsiyada konkret olaraq Tural Sadıqlıya “qut” verənlər, pul və saxta məlumatlar ötürərək dəstək verənlər də Azərbaycan hakimiyyətin müxtəlif pillələrində təmsil olunan harın məmur-oliqrxlardır.

Bu məsələlərin təfərrüatlarına varmadan sual etmək istəyirəm: kimlərdir həmin məmurlar? Kimlərdir dövlətimizin kökünə balta çalanlar? Kimlərdir Azərbaycanın pulu ilə Azərbaycanı bataqlığa sürükləmək istəyənlər?

Düşünürəm ki, bu yerdə hörmətli oxucunun ağlına çox sayda tanış adlar, familiyalar və ləqəblər gələcək. Hesab edirəm ki, bu sualların cavablarını çox gözləməyə ehtiyac qalmayacaq. Çünki maddi maraqlar üçün yalnız hakimiyyəti hədəf seçməyən, eyni zamanda bir-birini də yeyib-bitirməyə çalışan, bir-birinin əsl simasını “gün işığına” yuyub sərən Əfqan Muxtarlı və digərləri bir gün onların da adlarını faş edəcəklər. Yaxın tarixin acı təcrübəsi belə düşünməyə tam əsas verir.

Fərid Şahbazlı