Rusiya Ukrayna ilə danışıqlardan, o cümlədən ən yüksək səviyyədə danışıqlardan heç vaxt imtina etməyib.
Editor.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib. O qeyd edib ki, Rusiya dialoqu davam etdirməyə hazırdır və danışıqların dondurulması yalnız Ukrayna tərəfinin təşəbbüsüdür. “Yeganə sual ondan ibarətdir ki, prezidentlər arasında sammitin keçirilməsi üçün ciddi məzmunlu hazırlıq lazımdır, yəni yüksək hazırlıq səviyyəsinə malik sənədlər lazımdır”, – deyə cənab Medinski Belarusun ONT telekanalının efirində bildirib. “Dövlət başçıları şəkil çəkdirmək üçün deyil, yekun razılaşmalar əldə etmək və sənədləri imzalamaq üçün görüşməlidirlər”, – Rusiya Federasiyası prezidentinin köməkçisi bildirib. Volodimir Medinski xatırladıb ki, bir ay əvvəl Ukrayna tərəfinə bir sıra fundamental mövqelərin artıq razılaşdırıldığı müqavilə layihəsi təhvil verilib. “Və biz davam etmək niyyətində idik. Lakin o vaxtdan bəri Ukrayna tərəfindən dialoqu davam etdirmək istəyi olmayıb, onlar hətta razılaşdırılmış layihəni özləri də rəsmən təsdiq etməyiblər”, – Medinski bildirib. Onlar fasilə götürüb və görünür, tələsmək istəmirlər. “Top tamamilə onların tərəfindədir. Biz öz tərəfimizdən dialoqu davam etdirməyə hazırıq”, – Vladimir Medinski bildirib.

