V.Putin və S.Lavrov Haaqa Beynəlxalq Hərbi Tribunlaına veriləcək?backend

V.Putin və S.Lavrov Haaqa Beynəlxalq Hərbi Tribunlaına veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynadakı hərbi cinayətlərdə əli olan bütün şəxslərin, o cümlədən Rusiyanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.
Bu barədə Editor.az “Qolos Amerika”ya istinadən məlumat verib. Ştaynmayer “Der Spiegel” jurnalına müsahibəsində deyib ki, prezident Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidirlər.
O, vurğulayıb ki, Ukraynada cinayət törədən bütün hərbi qulluqçular, onlara əmr verənlər, həmçinin buna görə siyasi məsuliyyət daşıyanlar, o cümlədən Lavrov və Putin cəzalandırılmalıdır. Ştaynmayer Kiyevətrafı Buçada baş verən qırğınlara toxunaraq, oradan çəkilən görüntülərin “dəhşətli və dözülməz” olduğunu deyib. Haaqa Beynəlxalq Hərbi Tribunalı artıq Rusiya hərbçiləri tərəfindən törədildiyi iddia edilən hərbi cinayətləri araşdırmağa başlayıb. Rusiya isə məhkəmə ilə əməkdaşlıq etmir.
Putinin mətbuat katibi Dmitri Peskov isə bir gün əvvəl Sky News-a verdiyi müsahibədə Putinin beynəlxalq tribunal qarşısına çıxarılması variantını istisna etdiyini bildirib. Ştaynmayerin sözlərinə görə, o, Rusiya prezidentinin “imperator dəliliyi ilə ölkəsinin tamamilə siyasi, iqtisadi və mənəvi məhvini riskə atacağını” təsəvvür edə bilməzdi. Almaniya prezidenti, keçmiş xarici işlər naziri kimi Rusiyaya qarşı əvvəlki siyasətində səhvlər etdiyini etiraf edən bəyanatlar verib. Xüsusilə, “Şimal axını- 2”ni dəstəklədiyi və Donbass məsələsində kompromis mövqe tutduğu üçün ciddi tənqidlərə məruz qalıb. Qeyd edək ki, bundan əvvəl Putinin Ukraynadakı müharibə ilə bağlı məsuliyyətə cəlb edilməsi üçün bir neçə təşəbbüs irəli sürülüb. Böyük Britaniyanın ictimai xadimləri, o cümlədən keçmiş baş nazirlər tərəfindən dəstəklənən petisiya internetdə 2 milyona yaxın imza toplayıb. Rəsmi Moskva isə rus ordusunun Ukraynada cinayət törətdiyini inkar edir.