Zelenski: Azərbaycan Ukraynanı yanacaqla təmin edəcəkbackend

Zelenski: Azərbaycan Ukraynanı yanacaqla təmin edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əkin kampaniyası dövründə Ukraynanı yanacaqla təmin etməyə hazırdır.

Bu barədə Ukrayna prezidenti V. Zelenski deyib.

Bu barədə Editor.az Ukrayna mediasına istinadən xəbər verir.

V.Zelenskinin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Ukraynanı əkin kampaniyası dövründə yanacaqla təmin etməyə hazırdır.

“Mən Azərbaycan prezidenti ilə danışdım. Mülki əhaliyə qarşı yeni zərbələr barədə ona məlumat verdim. Biz yaşıl dəhlizlərə təcili ehtiyac olduğunu müzakirə etdik. Humanitar yardıma və əkin kampaniyası üçün yanacaq verməyə hazır olduğuna görə ona təşəkkür etdim”, – məlumatda belə deyilir.

Bundan əvvəl xəbər verilmişdi ki, Azərbaycan Ukraynaya neft və neft məhsulları ilə yardım edəcək.

//Editor.az