Voladimir Zelenski deyib ki, Rusiya Federasiyası Mariupolu müdafiə edən Ukrayna hərbçilərini məhv edərsə, o zaman sülh danışıqları bitəcək.
Editor.az bu bradə “Ukrainskaya Pravda”ya istinadən xəbər verir. “Mariupol – hardasa 10 Borodyanka qədər ola bilər və demək istəyirəm ki, bizim hərbçilərimizin, bizim uşaqların məhv edilməsi bütün danışıqların bitməsi demək olar. Bu dalan olacaq – çünki biz ərazilərimiz və xalqımızla ticarət etmirik. Borodyankalar nə qədər çox olarsa, danişıqlar da bir o qədər çətinolacaq”, – Zelenski deyib.
Prezident daha sonra bildirib ki, Rusiya Federasiyası ilə Mariupolla bağlı danışıqlar davam edir, baxmayaraq ki, artıq danışıqlar aparan tərəflərə etimad yoxdur. Ukrayna yaralıları, qadınları və uşaqları götürmək üçün atəşkəs istəyir, bu isə Rusiyanın iradəsindən asılıdır. “Xalqımıza təslim olmağı təklif edirlər. Orada bizim hərbçilərimizə müxtəlif cür yanaşırlar. Siz də bunu çox yaxşı bilirsiniz. Və nifrət etdikləri hərbçilər var və onlar çətin ki, oradan sağ çıxsınlar. Bəli, bəlkə də yeni İlovaysk (2014-cü il faciəsi “İlovaysk qazanı” adlanır) olsun” – Zelenski bildirib.
Editor.az

