“Nikol Baydenin demokratiya sammitinə Azərbaycanı, Türkiyəni deyil , Ermənistanın dəvət edilməsini özü üçün şans sanır. Hazırda Ermənistanda tuğyan edən anti – Putin əhvalından istifadə edərək baş tutmalı olan yeni sənədlərlə bağlı görüşü təxirə saldı”.
Bu sözləri Editor.az-a açıqlamasında DİA- nın müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O, qeyd edib ki, Paşinyan yaxşı bilir ki, hazırki vəziyyətdə Moskva Ermənistana nəqliyyat layihələri və ələlxüsus sərhədlərin tanınması ilə bağlı məsələlərdə heç bir təzyiq etməyəcək:
“Bu günlərdə Ermənistanda hakim partiyadan başqa bütün siyasi qüvvələr imzalanmalı olacaq yeni sənədləri tanımayacaqlarını açıqladılar. Məqsəd bəllidir. Kremlə təzyiq. Lakin, baş verənlər erməni siyasətçilərinin nə qədər naşı olduqlarının göstəricisidir. Niyə? Kommunikasiyaların açılmaması bəzi xarici qüvvələrin əsas məqsədlərindən biridir, amma uduzan tərəf yerli ermənilər olacaq. Sərhədlərin tanınmaması isə, hazırda Ermənistanda olan tarixi torpaqlarımız, ilk növbədə Qərbi Zəngəzurun gələcəyini ona ögey olan Ermənistandan uzaqlaşdıracaq. Hər halda, hazırda baş verənlər Azərbaycan tərəfindən bir müddət əvvəl nəzərə alınmışdı və vaxtı gələndə Paşinyan növbəti səhvinə görə cavab verməli olacaq”.
//Gülnarə Abasova, Editor.az

