Vahid Ələkbərovun Xəzərdə daha bir neçə milyardı batdıbackend

Vahid Ələkbərovun Xəzərdə daha bir neçə milyardı batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan kökənli iş adamı, “Lukoil”da nəzarət paketində sahib olan Vahid Ələkbərov Xəzəredə daha bir neçə millyardlıq gəlirini itirib.

Xəzər dənizindəki “Kalamkas-Sea” və “Xəzər” yataqlarının işlənməsi dayandırıb. Buna səbəb isə Rusiyanın neft-qaz şirkətinə qarşı sanksiyalardır.

“KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Əsxət Xasenov Xəzər dənizinin Qazaxıstan sektorundakı birgə yataqların işlənməsi layihələrinin vəziyyəti ilə bağlı videokonfrans zamanı məlumat verib. “Keçən il biz “Kalamkas-Sea” və “Xəzər” birgə layihəsinin layihələndirmə mərhələsini başa çatdırdıq, lakin tətbiq edilən sanksiyalar nəzərə alınmaqla layihənin sonrakı icrası dayandırılıb”, – Xasenov qeyd edib.

Yataqlar Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşir. Ehtiyatlar 8,5 milyon ton neft və 19 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Gözlənilən hasilat həcmi ildə təxminən 4 milyon ton (gündə 80.000 barel), effektiv hasilat müddəti isə ən azı beş ildir. İlk neftin 2029-cu ilin sonuna qədər hasil ediləcəyi gözlənilirdi. Layihə “KazMunayGaz” (50%) və “Lukoil” PJSC (50%) arasında bərabər bölünmüşdü. Ümumi investisiyanın 6,4 milyard dollar olacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ Rusiyanın “Lukoil” neft şirkətinin xarici aktivlərinin satışı üçün son tarixi 1 aprelə qədər uzadıb. ABŞ 22 oktyabrda “Lukoil”, “Rosneft” və onların bir neçə törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Əvvəlcə onlarla bütün əməliyyatların 21 noyabra qədər başa çatdırılması tələb olunurdu. Daha sonra OFAC xüsusi lisenziya verib və bu lisenziya “Lukoil”un xarici aktivlərinin satışı ilə bağlı əməliyyatların 13 dekabra qədər aparılmasına icazə verib. O vaxtdan bəri lisenziya üç dəfə uzadılıb.

29 yanvarda “Lukoil” və Amerika investisiya fondu “Carlyle Group” “Lukoil International GmbH” şirkətinin satışı ilə bağlı ilkin razılığa gəldiklərini açıqlayıblar. Saziş hələlik OFAC-ın təsdiqini almayıb.

İraqdan Finlandiyaya qədər yataqlar, neft emalı zavodları və yanacaqdoldurma məntəqələri şəbəkələrini əhatə edən “Lukoil”un beynəlxalq portfelinin potensial dəyəri 22 milyard dollar olaraq qiymətləndirilir. “ExxonMobil”, Səudiyyə Ərəbistanının “Midad Energy”, BƏƏ investisiya strukturları və “Chevron” və “Quantum Capital Group” şirkətlərinin iştirak etdiyi konsorsium da daxil olmaqla, onlarla təklif verən şirkət maraqlarını ifadə edib. Alqı-satqı prosesində OFAC-dan əlavə, prosesdə Ağ Ev, Xəzinədarlıq Departamenti və ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri də iştirak edir.

Musavat.com