Vahid Əliyev: “Gələn həftə ürəyimdən əməliyyat olunacam”backend

Vahid Əliyev: “Gələn həftə ürəyimdən əməliyyat olunacam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günlərdə vəziyyətim heç də yaxşı deyildi. Səhhətim pisləşmişdi. Xəstəxanada müalicəmi davam etdirdim. Artıq evə buraxılmışam”.

Bu sözləri Əməkdar artist Vahid Əliyev Bizim.Media-ya deyib.

70 yaşlı sənətkar bildirib ki, gələn həftə ürəyindən açıq əməliyyat olunacaq:

“Həkimin yanından indi çıxdım. O dedi ki, sağlamlıq vəziyyətim normallaşsa, gələn həftə açıq ürək əməliyyatı keçirəcəyəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Aktyor hazırda səhhəti ilə bağlı fikirlərini bu cür yekunlaşdırıb:

“Xanımım məni bir gün də tək qoymadı. Ruhum güclü olduğuna görə, ürəyim ağrısa da, özümü yaxşı hiss edirəm. Yaxşı olmağa çalışıram”.

Qeyd edək ki, ötən ilin dekabrın 22-də Vahid Əliyev infarkt keçirib.