Vaksin olunanlar nə vaxta kimi koronavirusa yoluxmayacaqlar? – Bəzi insanlarda …backend

Vaksin olunanlar nə vaxta kimi koronavirusa yoluxmayacaqlar? – Bəzi insanlarda …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əhalinin pandemiyadan xilas olmağının tək yolu onların böyük qrupunun kollektiv immunitetinin yaranmasıdır ki, bu immuniteti də yaradan vasitə yalnız vaksin ola bilər”.

Bunu açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist bildirib ki, bəzi insanlarda ümumiyyətlə xəstəlik keçirdikdən sonra antitellər yaranmaya bilər:

“Bildiyimiz kimi, bir dəfə yoluxan insanın təkrar yoluxma ehtimalı var. Yaranan antitellərin qoruyuculuğu çox qısa ola bilər və yaxud, bəzi insanlarda ümumiyyətlə xəstəlik keçirdikdən sonra antitellər yaranmaya bilər. Amma vaksinasiyadan sonra bizdə ən azından bir illik immunitet formalaşa bilir. Vaksinasiya 3 həftə ara ilə iki doza şəklində vurulur və 18 yaşa qədər uşaqlara əks-göstərişdir. Hamilələrə və süd verən analara əlimizdə kifayət qədər araşdırma nəticələri olmadığına görə, tövsiyyə edə bilmirik.

Peyvənd ümumiyyətlə xəstəliyi keçirib sağalmış insanlara da vurula bilər. Buna heç bir əks-göstəriş yoxdur. Amma ilk əvvəl son 6 ayda COVİD keçirmiş insanlara vurulmaması nəzərdə tutulub. Vaksinasiya ilk olaraq tibb işçilərindən başlanılıb, xüsusilə də risk qrupunda olan insanların peyvəndlənməsi çox əhəmiyyətlidir. Çünki əhalinin böyük hissəsi peyvəndlənərsə, biz bu problemdən qurtulmuş ola bilərik. Və peyvənd vurulduqdan müəyyən müddət sonra hətta bizdə immunitet yaransa da peyvənd vurulan insanlar da sosial məsafəni gözləməlidirlər, eyni zamanda da əl gigiyenasına əməl etməlidirlər və tibbi maskalardan yenə eyni şəkildə doğru, düzgün qaydada istifadəyə davam etməlidirlər”.

//milli.az