İsveçdəki Karolinska İnstitutunun tədqiqatçısı, SVF Matti Sällberg peyvənd şirkətinin direktoru Sällberg, Aftonbladet qəzetinə verdiyi açıqlamada bildirib ki, vaksinin xəstəliyi və ölümün ciddi təsirlərindən nə qədər qoruyacağını bilmirik.
Editor.az xəbər verir ki, o, İsveç İctimai Sağlamlıq Agentliyinin payızda üçüncü bir peyvənd dozası tətbiq etmək qərarının təəccüblü olmadığını söyləyib:
“İkinci peyvənd dozasından sonra immun reaksiya zamanla təsirini itirir. 1 il ərzində insanların çoxu xəstə ola bilər. Ehtimala görə üçüncü doz peyvənd vurdurduqdan sonra virusa qarşı immun reaksiya yenidən bərpa olunacaq. Beləliklə, üçüncü, dördüncü və ya hətta beşinci dozaya ehtiyac var”.
Professorun sözlərinə görə hal -hazırda gücləndirici dozaların yan təsirləri ilə bağlı məhdud araşdırmalar mövcuddur, lakin mövcud tədqiqatlar göstərir ki, bu dozalarla immunitet reaksiyası artır və yan təsir riski artmır:
“Beləliklə, birinci doza peyvənd olan və heç bir problemi olmayan insanların gücləndirici dozalarla bağlı da narahat olmalarına ehtiyac yoxdur”.
//Gülnarə Abasova, Editor.az

