“Quran”ın yandırılması ilə bağlı Avropada baş verən hadisələr dinlərarası nifrət doğurur.
Editor.az bildirir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib. O, bu cür hərəkətləri “barbarlıq və ksenofobiya aktı” adlandırıb.
Federasiya Şurası Avropa parlamentarilərini bu cür təxribatlara görə məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb.
Matviyenko bəyan edib ki, “Quranın təhqir olunması təkcə müsəlmanları deyil, həm də Rusiyadakı bütün konfessiyaların nümayəndələrini şoka salıb”. Onun sözlərinə görə, “Avropa dövlətlərinin hökumətləri və parlamentlərindən ekstremistlərin hərəkətlərinə adekvat reaksiyanın olmaması xüsusilə qəzəb doğurur”. O hesab edir ki, “ küfr dolu anti-İslam təxribatlarına ifadə və söz azadlığına kinli haqq qazandırmaq olmaz.
Rusiya senatorları Avropa parlamentarilərini dini dözümsüzlüyün təzahürü kimi radikal ekstremistlərin hərəkətlərini açıq şəkildə pisləməyə, müsəlmanların və digər dinlərin nümayəndələrinin dini etiqad azadlığı hüququnun müdafiəsi üçün tədbirlər görməyə, habelə təxribatlara görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırır”, – Valentina Matvienko deyib.
//Samir Qurbanov,Editor.az

