Valentina Matvienko: Rusiya ilkin şərtsiz Ukrayna ilə danışıqlara hazırdırbackend

Valentina Matvienko: Rusiya ilkin şərtsiz Ukrayna ilə danışıqlara hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Ukrayna ilə danışıqlardan danışmağa başlayıb.

Bu dəfə söhbət məsələlərin “ilkin şərtsiz” müzakirəsindən gedir. Editor.az bildirir ki, Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ABŞ-ı “münaqişəni uzatmaqda” və “aqressiv siyasəti davam etdirməkdə” ittiham edib.

Eyni zamanda o, Kiyevin şərtlər irəli sürməyəcəyi təqdirdə Moskvanın danışıqlara hazır olduğunu qeyd edib: “Bizim mövqeyimiz aydın, anlaşılan və şəffafdır.

Biz onların irəli sürməyə çalışdıqları ilkin şərtlər olmadan vədlərə deyil, danışıqlara hazırıq. Danışıqlar danışıqlardır. Amma Kiyev rejiminin real danışıqlara hazır olduğu görünmür”, – Matviyenko bildirib. O, Kremlin Vaşinqtonun asanlıqla “bir gündə Kiyevi danışıqlar masası arxasına əyləşdirə biləcəyi” barədə hekayəsini təkrarlayıb. Lakin Ağ Ev guya “münaqişəyə son qoymaqda maraqlı deyil” və onlar Ukraynaya kömək etməkdə davam edirlər: “Sülhə çağırışlar, sülh üçün məcburiyyət yoxdur, onlar (ABŞ) təcavüzkar siyasətini davam etdirirlər”, – RF Şurasının sədri qeyd edib.

  //Samir Qurbanov, Editor.az