Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ölkədə “Xoşbəxtlik Nazirliyi”nin yaradılmasını və “ümumbəşəri xoşbəxtlik” haqqında qanunun qəbulunu təklif edib.
Editor.az xəbər verir ki, bu barədə “The Insider” məlumat verir. “Dərhal ümumbəşəri xoşbəxtlik haqqında qanun! Bilirsiniz, mən xəyal edirəm və hətta təklif edirəm: gəlin Rusiyada “Xoşbəxtlik Nazirliyi” yaradaq.
O idarə vasitəsilə bütün qərarlar, bütün qanunlar bu yeni qanunun olub-olmaması mövzusunda keçəcək. Lakin hökumətin yeni fərmanı və ya qanunu insanları daha da sevindirəcəkmi? Dəstək qrupum kiçik olsa da, mənə qoşulun. Düşünürəm ki, vaxt gələcək, biz Rusiyada “Xoşbəxtli Nazirliyi” yaradacağıq”.
“The Insider”ə görə, 2019-cu ildə Matvienko BƏƏ-yə səfəri zamanı “Xoşbəxtlik Nazirliyi” ideyasını gördüyünü söyləyib.
//Samir Qurbanov, Editor.az

